Səfir: "Belçika Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmlənməsinə böyük önəm verir"

Səfir: "Belçika Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmlənməsinə böyük önəm verir" Bakida Belçikanın Müstəqillik Günü qeyd edilib
Xarici siyasət
20 İyul , 2017 20:28
Səfir: Belçika Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmlənməsinə böyük önəm verir

Bakı. 20 iyul. REPORT.AZ/ Bakıda Belçikanın Milli günü - Müstəqillik Günü və Azərbaycanla diplomatik münasibətlərin 25 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.

"Report"un verdiyi xəbərə görə, tədbirin əvvəlində iki ölkənin dövlət himnləri səslənib.

Tədbirdə çıxış edən Belçikanın Azərbaycandakı səfiri Bert Skufs deyib ki, son illər ərzində iki ölkə arasında münasibətlər uğurla inkişaf edir. Diplomat bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Brüsselin Avropa İttifaqının(Aİ) paytaxtı olduğunu xatırladan Bert Skufs Belçikanın Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmlənməsinə böyük önəm verdiyini qeyd edib.

Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov Azərbaycan hökuməti adından səfiri və Belçika xalqını təbrik edib.

Tədbirin sonunda qonaqlara Belçika milli mətbəxinin nümunələri təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi