Səfir: “Belarusla Azərbaycan ikitərəfli əməkdaşlığın səviyyəsini və tempini qoruyub saxlayıb”

Səfir: “Belarusla Azərbaycan ikitərəfli əməkdaşlığın səviyyəsini və tempini qoruyub saxlayıb” “Belarus və Azərbaycan bir sıra sahələrdə əməkdaşlığı intensivləşdirməklə yanaşı, ikitərəfli əməkdaşlığın səviyyəsini və tempini qoruyub saxlayıblar”.
Xarici siyasət
6 Dekabr , 2022 15:21
Səfir: “Belarusla Azərbaycan ikitərəfli əməkdaşlığın səviyyəsini və tempini qoruyub saxlayıb”

“Belarus və Azərbaycan bir sıra sahələrdə əməkdaşlığı intensivləşdirməklə yanaşı, ikitərəfli əməkdaşlığın səviyyəsini və tempini qoruyub saxlayıblar”.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov “Novoye Vremya” ictimai-siyasi gündəlik qəzetinə müsahibəsində deyib.

"Asan olmayan bu ili Belarus-Azərbaycan münasibətləri üçün səmərəli və perspektivli hesab edirəm. Onun əsas nəticəsi ikitərəfli əməkdaşlıq səviyyəsinin və tempinin qorunub saxlanılması, eyni zamanda bir sıra sahələrdə əməkdaşlığın intensivləşdirilməsi olub", - diplomat vurğulayıb.

Onun fikrincə, Belarusun Baş naziri Roman Qolovçenkonun 2022-ci ilin mayında Azərbaycana baş tutan işgüzar səfəri ikitərəfli əməkdaşlığa mühüm töhfə verib.

"Azərbaycanın Baş naziri Əli Əsədov ilə səmimilik, etimad və dostluq şəraitində keçən danışıqlar qarşılıqlı fayda kəsb edən dialoq üçün yeni mərhələ açıb. Hökumət başçıları iki dövlət arasında strateji tərəfdaşlığın səviyyəsini bir daha təsdiqləyiblər. Onlar Belarus-Azərbaycan əlaqələrinin səmərəli əməkdaşlığın nümunəsi olduğunu və ikitərəfli gündəlikdə problemli mövzuların olmadığını vurğulayıblar”, - Belarus səfiri bildirib.

Son xəbərlər

Orphus sistemi