Səfir: "Azərbaycanla Yaponiya kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir"

Səfir: "Azərbaycanla Yaponiya kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir" Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanla Yaponiya kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Xarici siyasət
22 Noyabr , 2018 20:19
Səfir: Azərbaycanla Yaponiya kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı. 22 noyabr. REPORT.AZ/ "Azərbaycanla Yaponiya kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir".

“Report” xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori jurnalistlərə bildirib.

“Bu il Azərbaycanda Cümhuriyyətin 100 illiyi qeyd olunub. Bu münasibətlə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində də bəzi addımlar atılıb. Məsələn, son 19 ildə ilk dəfə Yaponiyanın xarici işlər nazirinin Azərbaycana səfərə gəlməsi əlamətdar hadisədir. Səfər çərçivəsində nazir Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Baş nazir Novruz Məmmədovla görüşlər keçirib” - deyən diplomatın sözlərinə görə, indiyədək enerji sahəsində yaxından əməkdaşlıq edən iki ölkə turizm və kənd təsərrüfatında da əlaqələrini inkişaf etdirmək niyyətindədir.

Yaponiyanın Azərbaycandan xeyli miqdarda neft və kənd təsərrüfatı məhsullarını idxal etdiyini diqqətə çatdıran səfir bu il iki ölkə arasındakı ticarət dövriyyəsinin 100 mln. ABŞ dollarına çatdığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi