Səfir: Azərbaycanla Rumıniya strateji tərəfdaş ölkələrdir

Səfir: Azərbaycanla Rumıniya strateji tərəfdaş ölkələrdir Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanla Rumıniya aralarında strateji tərəfdaşlıq əlaqələri olan ölkələrdir.
Xarici siyasət
29 Noyabr , 2018 22:05
Səfir: Azərbaycanla Rumıniya strateji tərəfdaş ölkələrdir

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanla Rumıniya aralarında strateji tərəfdaşlıq əlaqələri olan ölkələrdir.

“Report” xəbər verir ki, bunu Rumıniya Milli Günü münasibətilə keçirilən tədbirdə həmin ölkənin Azərbaycandakı səfiri Dan Yanku deyib.

“Azərbaycanla siyasət, iqtisadiyyat, humanitar və qarşılıqlı maraq kəsb edən başqa sahələrdə geniş əlaqələrimiz var. 2018-ci ildə bütün sahələrdə ikitərəfli münasibətlərimizdə irəliləyiş əldə olunub. Ötən həftə hökumətlərarası komissiyamızın Buxarestdə keçirilən sayca beşinci iclası 2019-cu il üçün də iddialı qarşılıqlı planların gündəmə gəlməsinə rəvac verdi”, – deyə rumıniyalı diplomat vurğulayıb.

2019-cu ilin ilk yarısında Avropa İttifaqı Şurasında sədrlik edəcəklərini xatırladan rumıniyalı diplomat bildirib ki, Azərbaycanla Aİ münasibətlərinin inkişafı Rumıniyanın sədrlik gündəminin mühüm məsələlərindən biri olacaq. O, yaxın zamanlarda Azaərbaycanla Aİ arasında tərəfdaşlıq sazişinin imzalanacağına ümidvar olduqlarını da deyib.

Daha sonra söz alan baş nazir müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini və icraçı katibi Əli Əhmədov da uzaq keçmişə əsaslanan ikitərəfli münasibətlərin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyduğunu dilə gətirərək bu məsələdə iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin xüsusi rolu olduğunu vurğulayıb.

“Hər iki ölkə bu gün də uğurla yerinə yetirilən mühüm qərarlar qəbul edib” deyən natiq qarşılıqlı siyasi dialoqun əhəmiyyətini qeyd edərək Rumıniyanın Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini nəzərə çatdırıb.

“İki ölkə arasında iqtisadi əlaqələr də uğurla inkişaf edir və gələcəkdə daha da genişlənəcək” – deyə Ə.Əhmədov bildirib.

Son xəbərlər

Orphus sistemi