Səfir: "Azərbaycan ilə İndoneziya arasında möhkəm əlaqələr mövcuddur"

Səfir: "Azərbaycan ilə İndoneziya arasında möhkəm əlaqələr mövcuddur" Bakıda İndoneziyanın Müstəqillik günü münasibətilə rəsmi qəbul təşkil edilib
Xarici siyasət
8 Sentyabr , 2016 20:29
Səfir: Azərbaycan ilə İndoneziya arasında möhkəm əlaqələr mövcuddur

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakıda İndoneziyanın Müstəqillik günü münasibətilə rəsmi qəbul təşkil edilib.

"Report"un verdiyi məlumata görə, tədbirin əvvəlində iki ölkənin dövlət himni səsləndirilib, daha sonra İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fanani çıxış edib.

Səfir ölkəsinin müstəqillik əldə etdikdən sonra gördüyü işlərdən, Azərbaycan və İndoneziya arasında möhkəm əlaqələrdən danışıb.

Tədbirdə çıxış edən Azərbaycan parlamenti sədrinin müavini Valeh Ələsgərov ölkə hökuməti adından İndoneziya səfirini milli bayram münasibətilə təbrik edib, ölkəyə daha da inkişaf edərək çiçəklənməyi arzulayıb.

Onun sözlərinə görə, müstəqilliyə nail olmaq hər bir ölkə üçün ən vacib hadisələrdən biridir.

V.Ələsgərov Azərbaycanın Dağlıq Qarabağ məsələsində beynəlxalq səviyyədə haqlı mövqeyini dəstəklədiyi üçün İndoneziyaya minnətdarlığını bildirib. 

Son xəbərlər

Orphus sistemi