Səfir: "Azərbaycanla BƏƏ arasında güclü əlaqələr mövcuddur"

Səfir: "Azərbaycanla BƏƏ arasında güclü əlaqələr mövcuddur" Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında güclü əlaqələr mövcuddur.
Xarici siyasət
3 Dekabr , 2018 20:32
Səfir: Azərbaycanla BƏƏ arasında güclü əlaqələr mövcuddur

Bakı. 3 dekabr. REPORT.AZ/ "Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında güclü əlaqələr mövcuddur".

Report xəbər verir ki, bunu BƏƏ-nin milli bayramı - Müstəqillik Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda bu ölkənin Azərbaycandakı səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi deyib.

"Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli əlaqələr, ölkə başçılarının qarşılıqlı səfərləri, getdikcə genişlənən ticari, iqtisadi və mədəni əlaqələr, BƏƏ-dən gələn turistlərin sayının artması müxtəlif sahələrdə əlaqələrimizin nə dərəcədə möhkəm olmasına dəlalət edir", - səfir vurğulayıb.

Səfir ölkələrimiz arasında mövcud olan əlaqələrin genişlənməsinə öz töhfəsini verən BƏƏ - Azərbaycan Ticarət Məclisinin artıq üç ildir fəaliyyət göstərdiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi