Səfir: "Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişlə bağlı danışıqlarda irəliləyişlər əldə olunmaqdadır"

Səfir: "Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişlə bağlı danışıqlarda irəliləyişlər əldə olunmaqdadır" Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşıdır. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar aparılır. Bu sazişi yeni nəsil saziş adlandırmaq olar. Çünki bizim hazırki münasibətlərimizin əsası 90-cı illərin ortalarında qoyulub və təbii ki, bu əsasların yenilənməsinə ehtiyac var.
Xarici siyasət
2 İyul , 2019 10:35
Səfir: Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişlə bağlı danışıqlarda irəliləyişlər əldə olunmaqdadır

"Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşıdır. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar aparılır. Bu sazişi yeni nəsil saziş adlandırmaq olar. Çünki bizim hazırki münasibətlərimizin əsası 90-cı illərin ortalarında qoyulub və təbii ki, bu əsasların yenilənməsinə ehtiyac var".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimat konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, hər iki tərəf bu tərəfdaşlığı inkişaf etdirmək istəyir və bunun üçün müasir, möhkəm və yenilənmiş əsaslar lazımdır.

Səfir bildirib ki, yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlarda irəliləyişlər əldə olunmaqdadır.

Son xəbərlər

Orphus sistemi