Səfir: "Azərbaycanla Aİ arasında aviasiya sazişi ilə bağlı danışıqlar intensivləşib"

Səfir: "Azərbaycanla Aİ arasında aviasiya sazişi ilə bağlı danışıqlar intensivləşib" Tərəflər bu sazişin prinsiplərinin böyük hissəsini razılaşdırıblar
Xarici siyasət
3 Noyabr , 2017 12:41
Səfir: Azərbaycanla Aİ arasında aviasiya sazişi ilə bağlı danışıqlar intensivləşib
Report/ Elshan Baba

Bakı. 3 noyabr. REPORT.AZ/ "Avropa İttifaqı (Aİ) və Azərbaycan vahid aviasiya məkanı barədə sazişin prinsiplərinin böyük hissəsini razılaşdırıb."

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib.

"Mütəxəssislərimiz ötən həftə görüşüblər. İntensiv danışıqların aparıldığı tam iki gündən sonra artıq həll edilməli olan bir neçə məsələ qalıb. Bu yaxınlarda Xarici İşlər Nazirliyi ilə, ekspertlərlə danışmışam, "Şərq Tərəfdaşlığı" sammitindən əvvəl daha bir videokonfrans və ya görüş keçirilməsi planlaşdırılır. Ümid edirəm ki, bu görüşdə saziş üzrə tam razılıq əldə olunar", - Aİ səfiri qeyd edib.

O, keçən illə müqayisədə bu il danışıqların intensivləşdiyini vurğulayıb.

Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların gedişini şərh edən K.Yankauskas bildirib: "Danışıqlar intensiv şəkildə aparılır. Gələn həftə daha bir videokonfrans olacağı gözlənilir. Azərbaycan nümayəndə heyətinin Brüsselə səfər etməsi üçün tarixi dəqiqləşdirəcəyik. Bunun tezliklə baş verəcəyinə ümid edirəm".

Son xəbərlər

Orphus sistemi