Səfir: "Azərbaycanın ABŞ-la əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır"

Səfir: "Azərbaycanın ABŞ-la əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır" Elin Süleymanov: "Bizim ortaq məqsədlərimız, ortaq baxış bucağımız var"
Xarici siyasət
25 Mart , 2017 10:12
Səfir: Azərbaycanın ABŞ-la əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı. 25 mart. REPORT.AZ/ "Azərbaycanın ABŞ-la əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır".

"Report" xəbər verir ki, bunu ABŞ mətbuatına müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov deyib.

O qeyd edib ki, iki ölkə bir çox məsələlərdə müttəfiqdir: "Bizim ortaq məqsədlərimız, ortaq baxış bucağımız var".

Azərbaycanın müstəqillik dövründəki inkişafı barədə danışan E.Süleymanov Azərbaycanda demokratiyanın gənc olduğunu və bəzi nöqsanlara xüsusi diqqət yetirməyin yanlış olduğunu bildirib: "ABŞ-da seçicilərin böyük hissəsinin səsini qazana, lakin prezident olmaya bilərsiniz. Amma bu, o demək deyil ki, ABŞ-da demokratiya aşağı səviyyədədir. Demokratiya hər yerdə fərqlidir".

Neftin qiymətinin düşməsindən sonra ölkənin iqtisadi inkişafı barədə sualı cavablandıran səfir bunun büdcə gəlirlərinə birbaşa təsir edən amil olduğunu vurğulayıb. Bununla belə, E.Süleymanov Azərbaycanın normal vəziyyəti saxlamağını, bütün layihələri yerinə yetirməyi və çətinlikləri aradan qaldırmağı bacardığını bildirib.

Səfir həmçinin ölkənin coğrafi mövqeyi, mədəniyyəti, Azərbaycanın tarixi haqqında danışıb.

Son xəbərlər

Orphus sistemi