Yuxarı
    Bağlamaq

    Səfir: “Azərbaycan vətəndaşları Türkiyəyə əvvəlki qaydada səfər edə biləcəklər”

    “Elan edilən fövqəladə vəziyyət fərdi azadlıqların məhdudlaşdırılması deyil”

    Bakı. 21 iyul. REPORT.AZ/ “Türkiyədə elan edilən fövqəladə vəziyyət fərdi azadlıqların məhdudlaşdırılması deyil”.

    “Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun keçirdiyi mətbuat konfransında deyib.

    Səfir qeyd edib ki, burada gərginlik yaratmağa ehtiyac yoxdur: “Bundan 15 iyul hadisəsini təşkil edənlər narahat olmalıdır. Azərbaycan vətəndaşları əvvəllər Türkiyəyə necə gedirdilərsə, indi də eyni qayda ilə gedə biləcəklər. Baxın, Fransada da bir müddət əvvəl fövqəladə vəziyyət elan edilmişdi. Amma minlərlə insan sərbəst şəkildə bu ölkəyə gedə bilirdilər. Türkiyədə də belə olacaq. Narahatlığa əsas yoxdur”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi