Yuxarı
    Bağlamaq

    Səfir: “Azərbaycan və Uruqvay arasındakı əlaqələr son illərdə yüksək dinamika ilə inkişaf edir”

    ​Uruqvayın paytaxtı Montevideo şəhərində 28 May Respublika Günü münasibətilə qəbul keçirilib

    Bakı. 25 may. REPORT.AZ/ Uruqvayın paytaxtı Montevideo şəhərində 28 May - Azərbaycanın Respublika Günü münasibətilə qəbul keçirilib. 

    Bu barədə “Report”a Azərbaycanın Uruqvaydakı səfirliyindən məlumat verilib. 

    Tədbirdə Uruqvay hökumətinin yüksək səviyyəli nümayəndələri, parlamentin çoxsaylı senator və deputatları, eləcə də diplomatik korpusun, akademik və biznes dairələrinin nümayəndələri iştirak ediblər.

    Tədbirdə çıxış edən Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov Azərbaycanda müsəlman dünyasında ilk demokratik respublikanın qurulmasının tarixi əhəmiyyətindən, eləcə də son illərdə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri, həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli layihələrdən bəhs edib. Eyni zamanda, səfir Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması və işğal altındakı ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışıb.

    Azərbaycan və Uruqvay arasındakı əlaqələrin son illərdə yüksək dinamika ilə inkişaf etdiyini vurğulayan R.Aslanov gələcəkdə də ikitərəfli əməkdaşlığın genişlənməkdə və dərinləşməkdə davam edəcəyinə olan inamını ifadə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi