Səfir: "Azərbaycan və Ukrayna arasında energetika sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclası gözlənilir"

Səfir: "Azərbaycan və Ukrayna arasında energetika sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclası gözlənilir" Aleksandr Mişenko: "Azərbaycan bizim üçün strateji əhəmiyyət kəsb edir"
Xarici siyasət
6 Fevral , 2017 17:51
Səfir: Azərbaycan və Ukrayna arasında energetika sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclası gözlənilir

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan və Ukrayna arasında energetika sahəsində əməkdaşlıq üzrə iki ölkənin energetika nazirlərinin müavinlərinin rəhbərlik etdiyi nazirliklərarası işçi qrupunun iclasının keçirilməsi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko məlumat verib.

Onun sözlərinə görə, Ukrayna tərəfi iclasın fevral ayının ortalarında Kiyevdə keçirilməsi təklifi və gündəlikdə dayanan məsələləri nəzərdən keçirilməsi üçün Azərbaycan tərəfinə müraciət edib. Onun sözlərinə görə, hazırda Ukrayna tərəfi qarşı tərəfdən təsdiq gözləyir. Səfir belə görüşün artıq beş ildir təşkil edilmədiyini deyib.

"Detalları açıqlamaq istəmirəm, lakin Azərbaycan neftinin Ukraynaya tədarükünün bərpa edilməsinə dair böyük layihələrimiz var. Ukraynanın infrastrukturunun, o cümlədən NEZ-lərin modernləşdirilməsində Azərbaycanın mümkün iştirakı ilə bağlı məsələlər var. Bütün bunlar iclasda müzakirə olunacaq" - diplomat diqqətə çatdırıb.

A.Mişenko həmçinin SOCAR şirkətinin Ukraynadakı işini qeyd edib və Azərbaycanın investisiya layihələrində, xüsusilə qaz tədarükü məsələsində daha fəal iştirakını gözlədiyini vurğulayıb: "Azərbaycan bizim üçün strateji əhəmiyyət kəsb edir."

Son xəbərlər

Orphus sistemi