​Səfir: "Azərbaycan və Pakistan arasında sıx münasibətlər mövcuddur"

​Səfir: "Azərbaycan və Pakistan arasında sıx münasibətlər mövcuddur" "Pakistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir"
Xarici siyasət
14 Avqust , 2015 13:36
​Səfir: Azərbaycan və Pakistan arasında sıx münasibətlər mövcuddur

Bakı. 14 avqust. REPORT.AZ/  "Azərbaycan və Pakistan arasında qardaşlıq və dostluğa əsaslanan sıx münasibətlər mövcuddur". "Report" xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser Pakistanın müstəqilliyinin 69-cü ildönümünə həsr olunan tədbirdə çıxışı zaman bildirib. 

"Bizim əməkdaşlığımız bir çox sahələri əhatə edir və gələcəkdə biz onu genişləndirmək niyyətindəyik", - deyə, səfir qeyd edib.

O, Pakistanın sosial problemlərinin həllində  Azərbaycanın rolunu yüksək qiymətləndirib. Diplomat Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya fondun ölkədəki fəaliyyəti və Pakistan xalqına yardımına görə xüsusi minnətdarlığını bildirib. 

Səfir vurğulayıb ki, Pakistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir və eləcə də Azərbaycanın Kəşmir məsələsindəki dəstəyini yüksək qiymətləndirir: "Pakistan sülhsevər ölkədir və biz bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdarıq. Azərbaycan və Pakistan arasındakı əməkdaşlıq gələcəkdə də inkişaf edəcək". 

Son xəbərlər

Orphus sistemi