Səfir: "Azərbaycan və NATO arasındakı əlaqələr strateji xarakter daşıyır"

Səfir: "Azərbaycan və NATO arasındakı əlaqələr strateji xarakter daşıyır" "Rumıniya Azərbaycanın bütün səylərini fəal şəkildə dəstəkləmək niyyətindədir"
Xarici siyasət
29 İyun , 2016 17:14
Səfir: Azərbaycan və NATO arasındakı əlaqələr strateji xarakter daşıyır

Bakı. 29 iyun. REPORT.AZ/ "Azərbaycan və NATO arasındakı əlaqələr güclüdür və strateji xarakter daşıyır. NATO-Azərbaycan tərəfdaşlığı fəal siyasi dialoq və əsaslı praktik əməkdaşlığa əsaslanır".

Rumıniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu sözləri Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu Bakıda NATO-nun Azərbaycanda Beynəlxalq Məktəbinin (NİSA) yay sessiyasında çıxış edərkən deyib.

Səfir Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində, eləcə də nəqliyyat yükdaşımaları sahəsində mühüm rol oynadığını vurğulayıb.

"NATO və Avropa İttifaqının üzvü kimi Rumıniya Azərbaycanın Avropa və Avro-Atlantik institutlarla əlaqələrinin genişləndirilməsi istiqamətindəki bütün səylərini fəal şəkildə dəstəkləmək niyyətindədir", - deyə səfir qeyd edib.

İyulun 8-9-da Varşavada keçiriləcək NATO sammiti ilə bağlı danışan D.K.Çobanu orada bütün Avropa üzrə təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə vacib qərarların qəbul ediləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi