Səfir: "Azərbaycan və NATO arasında əməkdaşlığın genişləndirilməsi bütün Cənubi Qafqaz üçün faydalı olacaq"

Səfir: "Azərbaycan və NATO arasında əməkdaşlığın genişləndirilməsi bütün Cənubi Qafqaz üçün faydalı olacaq" Bakıda Azərbaycan və NATO tərəfdaşlığına həsr olunan seminar keçirilib
Xarici siyasət
20 Fevral , 2015 13:22
Səfir: Azərbaycan və NATO arasında əməkdaşlığın genişləndirilməsi bütün Cənubi Qafqaz üçün faydalı olacaq

Bakı. 20 fevral. REPORT.AZ/ Bakıda Azərbaycan və NATO tərəfdaşlığına həsr olunan seminar keçirilib. "Report" xəbər verir ki, tədbir NATO-nun Azərbaycanda koordinatoru olan Rumıniyanın Bakıdakı səfirliyi tərəfindən təşkil olunub.

Seminarda NATO ölkələrinin Bakıdakı səfirləri  və digər diplomatlar iştirak ediblər. 

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu vurğulayıb ki, Şimali Atlantik Alyans və Azərbaycan arasında səmərəli əməkdaşlıq qurulub. "NATO və Azərbaycan müxtəlif birgə layihələrin üzərində uğurla çalışmaqda davam edirlər", - səfir bildirib. 

D.Çobanu qeyd edib ki, bu həftə Brüseldəki NATO qərargahına etdiyi səfəri zamanı NATO Azərbaycanla tərəfdaşlığının gələcək inkişafına maraq göstərdiyini açıqlayıb. "Dünyada Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə kimi Rumıniya hesab edir ki, Azərbaycan və NATO arasında əməkdaşlığın genişləndirilməsi bütün Cənubi Qafqaz üçün faydalı olacaq. Azərbaycan Avropanın enerji təchizatının diversifikasiyası ilə bağlı səylərində əhəmiyyətli rol oynayır", - səfir bildirib.

Seminar iştirakçıları Azərbaycan və NATO münasibətlərini, eləcə də onların inkişaf perspektivlərini yüksək qiymətləndiriblər. 

Son xəbərlər

Orphus sistemi