Səfir: "Azərbaycan və Bolqarıstanın işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi üçün səylərimizi davam etdirəcəyik"

Səfir: "Azərbaycan və Bolqarıstanın işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi üçün səylərimizi davam etdirəcəyik" "Azərbaycan və Bolqarıstan arasında münasibətlər çoxillik dostluq və qarşılıqlı hörmətə əsaslanır"
Xarici siyasət
14 Fevral , 2017 12:37
Səfir: Azərbaycan və Bolqarıstanın işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi üçün səylərimizi davam etdirəcəyik

Bakı. 14 fevral. REPORT.AZ/ "Azərbaycan və Bolqarıstan arasında münasibətlər çoxillik dostluq və qarşılıqlı hörmətə əsaslanır".

"Report" xəbər verir ki, bunu Bolqarıstan KİV-inə müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Nərgiz Qurbanova deyib.

O, ölkə arasında əməkdaşlığın strateji səviyyədə olduğunu qeyd edib və iki ölkə arasında müxtəlif səviyyələrdə həyata keçirilən səfərləri xatırladıb.

Əməkdaşlığın potensial sahələrindən danışan səfir nəqliyyat, energetika, kənd təsərrüfatı sahələrində tərəfdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu qeyd edib: "Bolqarıstan Azərbaycan üçün Avropaya açılan qapı, Azərbaycan isə Qərb ilə Asiya arasında körpüdür. Azərbaycanlı sahibkarlar beynəlxalq bazara çıxış əldə etmək üçün digər ölkələrdən olan tərəfdaşları ilə fəal əməkdaşlıq etməyə çalışır. Azərbaycanda neft sektorunda Bolqarıstan şirkətlərini görməkdən məmnun olardıq. Bu məqsədlə ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi üçün səylərimizi davam etdirəcəyik".

Son xəbərlər

Orphus sistemi