Səfir: "Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsi iki dəfə artıb"

Səfir: "Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsi iki dəfə artıb" Nərgiz Qurbanova: "İkitərəfli əlaqələrin gələcəyinə nikbin yanaşıram"
Xarici siyasət
19 Yanvar , 2017 15:53
Səfir: Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsi iki dəfə artıb

Bakı. 19 yanvar. REPORT.AZ/ "Bolqarıstanı Avropa İttifaqındakı strateji tərəfdaşımız hesab edirik".

"Report" "Bloombrg TV Bulgaria"ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar deyib.

O, Bolqarıstanın Azərbaycanın strateji əməkdaşlıq haqqında saziş imzaladığı azsaylı ölkələrdən biri olduğunu xatırladıb: "Hüquqi bazamıza 50-dən çox sənəd daxildir. Onların hamısı işlək və bizim üçün qiymətlidir".

Ticarət əlaqələrindən danışan N.Qurbanova 2016-cı ildə əmtəə dövriyyəsinin 2015-ci ildəki göstərici ilə müqayisədə iki dəfə artdığını bildirib: "Bolqarıstan Avropanın daha da dərinliyinə çıxış baxımından bizim üçün mühüm ölkədir. Azərbaycan isə Bolqarıstan üçün regionun digər ölkələrinə açılan qapı ola bilər. İkitərəfli əlaqələrin gələcəyinə nikbin yanaşıram".

Səfir həmçinin Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP qaz kəmərinin tikintisi məsələsinə toxunub: "Bu layihə dünyanın ən çətin layihələrindən biridir və təbii qazın Xəzər regionundan Avropaya çatdırılması üçün nəzərdə tutulub. Cənub Qaz Dəhlizinin dörd komponentindən üçündə tərəqqi əldə etmişik. Qiymətlərin optimallaşdırılması üzrə işlər nəticəsində layihənin dəyəri azaldılıb".

O, eyni zamanda Azərbaycanın "Cənub axını" layihəsini TAP və TANAP layihəsinə rəqib görmədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi