Yuxarı
    Bağlamaq

    Səfir: "Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır"

    Yanvarın 15-də Bakıda Rumıniyanın Milli Mədəniyyət günü qeyd ediləcək

    Bakı/ 12 yanvar. REPORT.AZ/ "Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır və ölkələr arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir".

    "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanunun  Rumıniyanın Milli Mədəniyyət günü ərəfəsində verdiyi bəyanatında deyilir. Rumıniyanın Milli Mədəniyyət günü dahi rumın şairi Mixay Emineskunun ad günündə - yanvar ayının 15-də qeyd olunacaq. 

    Bununla əlaqədar olaraq yanvarın 15-də Bakıda M.Emineskunun anadan olmasının 165 illiyinə həsr olunmuş tədbir də keçiriləcək. Tədbir dahi rumın bəstəkarı Georgi Eneskunun Bakıdakı abidəsinin önündə baş tutacaq. Bundan sonra Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmilərinin iştirakı ilə M.Emineskunun təsviri olan marka seriyasının dövriyyəyə buraxılmasının təntənəli mərasimi keçiriləcək. 

    Səfirin bəyanatında deyilir ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub: "İkitərəfli siyasi və iqtisadi dialoq 2014-ci ildən uğurla inkişaf edib. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son üç ildə Rumıniya məhsullarının Azərbaycana ixracı artıb və 2014-cü ildə Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan ən yüksək səviyyəyə çatıb. 2014-cü ilin 11 ayı ərzində Rumıniya Azərbaycana 50,5 mln. dollar həcmində məhsul ixrac edib".

    Bundan başqa, Rumıniya səfiri qeyd edib ki, rumın mədəniyyəti Azərbaycanda məhşurdur. D.Çobanunun sözlərinə görə, 2014-cü ildə Rumıniya səfirliyi Avropa Kino Festivalında iştirak edib ə rumın kinorejissorlarının çəkdiyi filmləri tamaşaçılara təqdim edib, eləcə də Bakıda "Eurovillage" və “Living History” tədbirləri çərçivəsində milli pavilyon quraşdırıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi