Səfir: "Azərbaycan-Qətər münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişaf edir"

Səfir: "Azərbaycan-Qətər münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişaf edir" Bakıda Qətərin Milli bayramı qeyd olunub
Xarici siyasət
15 Dekabr , 2017 06:38
Səfir: Azərbaycan-Qətər münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişaf edir

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan və Qətər arasında münasibətlər bütün sahələrdə yüksələn xətlə inkişaf edir.

“Report” xəbər verir ki, bunu Qətərin Azərbaycandakı səfiri Yusif Hassan əl-Saai ölkəsinin Milli bayramına həsr olunmuş tədbirdə bildirib.

Səfir Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirib. O qeyd edib ki, İqtisadiyyat, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyanın cari ilin yanvar ayında baş tutmuş ilk iclası iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verib.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov öz növbəsində səfiri və bütün Qətər xalqını bu dövlətin Milli günü münasibətilə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev adından və öz adından təbrik edib, ölkəyə əmin-amanlıq və yüksək rifah arzu edib.

“Məmnunluq hissi ilə bildirirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Qətər Dövlətinin Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləməsini yüksək qiymətləndiririk”, - deyə, K.Heydərov bildirib.

Nazir istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində gələcək əməkdaşlığın daha da möhkəmlənəcəyinə olan əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi