Səfir: Azərbaycan ilə Peru arasında mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi vacibdir - YENİLƏNİB

Səfir: Azərbaycan ilə Peru arasında mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi vacibdir - YENİLƏNİB "Bu baxımdan kənd təsərrüfatı sahəsində yaxşı potensial var"
Xarici siyasət
10 İyun , 2018 12:21
Səfir: Azərbaycan ilə Peru arasında mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi vacibdir - YENİLƏNİB

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoanenin etimadnaməsini qəbul edib.

“Report” xəbər verir ki, səfir Mariya Milaqros Kastanyon Seoane fəxri qarovul dəstəsinin qarşısından keçib.

Mariya Milaqros Kastanyon Seoane etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Mariya Milaqros Kastanyon Seoane Peru Respublikasının Prezidenti Martin Viskarranın salamlarını dövlət başçısına çatdırıb. O, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Mariya Milaqros Kastanyon Seoane Azərbaycan ilə Peru arasında mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək, bu baxımdan kənd təsərrüfatı sahəsində yaxşı potensialın olduğunu deyib.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün istiqamətlərin müəyyən edilməsinin zəruri olduğunu vurğulayaraq, bir neçə sahədə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinin mümkünlüyünü bildirib, bu sahənin Azərbaycanın inkişafında prioritet sahələrdən biri olduğunu qeyd edib.

Dövlət başçısı Peru Respublikasının Prezidenti Martin Viskarranın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Peru Prezidentinə çatdırmağı xahiş edib.


***10:44

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Perunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoanenin etimadnaməsini qəbul edib.

Son xəbərlər

Orphus sistemi