Səfir: “Azərbaycan ilə Bolqarıstan arasında enerji əməkdaşlığı çox uğurludur”

Səfir: “Azərbaycan ilə Bolqarıstan arasında enerji əməkdaşlığı çox uğurludur” Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova diplomatik missiyasını başa vurur
Xarici siyasət
9 Yanvar , 2021 15:20
Səfir: “Azərbaycan ilə Bolqarıstan arasında enerji əməkdaşlığı çox uğurludur”

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova diplomatik missiyasını başa vurur.

“Report” xəbər verir ki, bu barədə o, vida videomüraciətində bildirib.

“Bolqarıstandakı diplomatik missiyamın bitməsi ilə əlaqədar sizinlə vidalaşmağın vaxtı çatdı. Gözəl Bolqarıstanda ölkəmin səfiri kimi xidmət etmək mənim üçün şərəf idi”, - səfir videomüraciətində söyləyib.

N.Qurbanova iki ölkə arasında, o cümlədən iqtisadi sahədə əməkdaşlığın vacibliyini qeyd edib.

“Ölkələrimiz arasındakı iqtisadi əlaqələr strateji tərəfdaşlığımızın əhəmiyyətli tərkib hissəsidir. Energetika sahəsində ikitərəfli əməkdaşlıq çox uğurludur. Bolqarıstan Cənub Qaz Dəhlizinin əsas iştirakçılarından biridir və “Şahdəniz” qaz yatağından və ola bilsin, Azərbaycanın digər yataqlarından Avropaya əhəmiyyətli qaz tədarükünün təmin edilməsində etibarlı tərəfdaşdır. 2021-ci il yanvarın 1-dən etibarən Azərbaycan təbii qazının Bolqarıstana tədarükü iki ölkə arasındakı münasibətlərdə əlamətdar hadisələrdən biri olacaq”, - N.Qurbanova müraciətində vurğulayıb.

Diplomat həmçinin bu ölkədə olduğu müddətdə göstərdikləri dəstəyə görə bolqar dostlarına təşəkkür edib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Nərgiz Qurbanova Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Son xəbərlər

Orphus sistemi