​Səfir: "Azərbaycan İtaliya üçün böyük əhəmiyyət kəsb edir"

​Səfir: "Azərbaycan İtaliya üçün böyük əhəmiyyət kəsb edir" "Bizim üçün Trans-Adriatik qaz kəməri layihəsi böyük önəm daşıyır"
Xarici siyasət
30 İyul , 2015 10:28
​Səfir: Azərbaycan İtaliya üçün böyük əhəmiyyət kəsb edir

Bakı. 30 iyul. REPORT.AZ/ "Azərbaycan İtaliya üçün böyük əhəmiyyət kəsb edir".

"Report" xəbər verir ki, bu barədə İtaliyanın ANSA kanalına müsahibəsində bu ölkənin Azərbaycandakı səfiri Campaolo Kutilyo bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında bütün sahələrdə fəal dialoq aparılır və ikitərəfli əməkdaşlıq müqavilələri mövcuddur: "Ən sıx əməkdaşlığımız energetika sahəsindədir. Bizim üçün Xəzər regionundan qazı İtaliyanın Apuliya bölgəsinə çatdıracaq Trans-Adriatik qaz kəməri (TAP) layihəsi böyük önəm daşıyır. Bundan başqa, İtaliyadan Azərbaycana iş adamlarının çoxsaylı nümayəndə heyətləri gəlir".

Səfir, Azərbaycan Prezidenti İlham Əliyevin Roma və Milana etdyi səfərin vacibliyini və həmin səfər çərçivəsində EXPO-2015 sərgisini ziyarət edərək, həmçinin ölkə rəsmiləri ilə keçirdiyi mühüm görüşlərin əhəmiyyətini qeyd edib.

Son xəbərlər

Orphus sistemi