Bakı. 13 dekabr.
"Report"un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərlə görüşündə deyib.
O bildirib ki, Türkiyə bəzi hallarda terrorizmlə mübarizədə beynəlxalq arenadakı müttəfiqlərindən dəstək ala bilmir: “Bu da təəssüf doğurur. Hazırda terrorizmə dəstək verənlər sabah terrorun qurbanı olacaqlar. Terrorla mübarizə aparmaq lazımdır. “Mənə toxunmurlar” deyib, kənarda dayanmaq olmaz. Hər kəs terrorla mübarizə aparmalıdır”.
Diplomat bildirib ki, Türkiyədə baş verən sonuncu terror aktı ilə bağlı dekabrın 14-də Türkiyənın Bakıdakı səfirliyində xatirə dəftəri açılacaq.