Səfir: "Azərbaycan çətin zamanlarda ABŞ-la həmrəylik nümayiş etdirir"

Səfir: "Azərbaycan çətin zamanlarda ABŞ-la həmrəylik nümayiş etdirir" Robert Sekuta: "Mən belə mesajları Vaşinqtona da çatdırıram"
Xarici siyasət
3 Oktyabr , 2017 11:45
Səfir: Azərbaycan çətin zamanlarda ABŞ-la həmrəylik nümayiş etdirir
Report/ Orkhan Azim

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Mən dünəndən Las-Veqas şəhərində keçirilən festival zamanı insanların öldürülməsinə görə Azərbaycan rəsmilərindən başsağlığı mesajları alıram. Prezident İlham Əliyev, xarici işlər nazir Elmar Məmmədyarov ABŞ-a başsağlığı verib".

"Report"un məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib. 

"Bu, Azərbaycanın ABŞ-la belə çətin zamanda həmrəyliyinin göstəricisidir. Biz bunu görürük və mən belə mesajları Vaşinqtona da çatdırıram", - diplomat vurğulayıb. 

Səfir qeyd edib ki, Las-Veqasda baş verən hadisə ağır faciədir: "Ümid edirəm ki, yaralananlar tezliklə sağalacaqlar. Bu dəhşətli hadisədir, amma biz belə hadisədən sonra da güc tapib ayaq üstə durmalıyıq və həyatımızı davam etdirilməliyik".

Son xəbərlər

Orphus sistemi