Səfir: "Azərbaycan Cənubi Qafqazda Qazaxıstanın əsas ticari-iqtisadi tərəfdaşıdır"

Səfir: "Azərbaycan Cənubi Qafqazda Qazaxıstanın əsas ticari-iqtisadi tərəfdaşıdır" "Müstəqillik illəri ərzində Qazaxıstan və Azərbaycan arasında yaxın dostluq əlaqələri qurulub"
Xarici siyasət
13 Dekabr , 2017 19:40
Səfir: Azərbaycan Cənubi Qafqazda Qazaxıstanın əsas ticari-iqtisadi tərəfdaşıdır

Bakı. 13 dekabr. REPORT.AZ/ "Müstəqillik illəri ərzində Qazaxıstan və Azərbaycan arasında yaxın dostluq əlaqələri qurulub və bu da qarşılıqlı etimad və bərabərlik rəmzidir".

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstan Respublikasının Müstəqillik Günü münasibətilə təşkil edilən qəbulda deyib. 

Diplomat qeyd edib ki, Azərbaycan Qafqaz regionunda Qazaxıstanın əsas ticari-iqtisadi və nəqliyyat-logistik tərəfdaşıdır.

Qeyd edək ki, tədbir Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Qazaxıstanın Akademik Folklor-Etnoqrafik Orkestrinin çıxışları, Qazaxıstan haqqında müxtəlif videomateriallar, həmçinin Qazaxıstan mətbəxinin yeməkləri bayram tədbirinə milli rəng qatıb. 

Son xəbərlər

Orphus sistemi