Almaniya Azərbaycanla dialoqu genişləndirməyə səy göstərir.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Volfqanq Maniq bildirib.
“Azərbaycan bizim
Humanitar əlaqələrə də toxunan səfir bu gün Almaniya ali məktəblərində 1400-dək azərbaycanlı gəncin təhsil aldığını diqqətə çatdırıb.
“Sözsüz ki, bununla yanaşı, siyasi əlaqələrimizi də inkişaf etdirməyə çalışırıq. Bütün sahələrdə qarşılıqlı dialoqu daha da gücləndirmək niyyətindəyik. Burada olduğuma, Almaniya – Azərbaycan əlaqələrinin inkişafına töhfə verəcəyimə görə çox şadam” – deyə səfir vurğulayıb.