Səfir: "Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır"

Səfir: "Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır" Elin Süleymanov: "Azərbaycan ABŞ ilə birgə terrorla mübarizə aparır"
Xarici siyasət
22 May , 2017 13:08
Səfir: Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır

Bakı. 22 may. REPORT.AZ/ "Azərbaycan ABŞ-ın strateji əhəmiyyətli  Xəzər dənizi bölgəsində yerləşən tərəfdaşıdır, eləcə də tarixi İpək Yolu üzərində əsas nəqliyyat mərkəzidir".

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun "Herald Net"də nəşr edilmiş məqaləsindədir.

Bu baxımdan, E.Süleymanov Azərbaycanın ABŞ-dan 10 yeni "Boeing 737 Max-8" təyyarəsi almasını vurğulayaraq, onların Azərbaycanın mühüm nəqliyyat mərkəzi kimi mövqeyini gücləndirəcəyini qeyd edib.

İqtisadi əməkdaşlıq barədə danışan E.Süleymanov keçən il ABŞ-ın Azərbaycana 434,2 milyon dollar məbləğində mal ixrac etdiyini, əvəzində Azərbaycanın ixracatının 142 milyon təşkil etdiyini bildirib.

Səfir, həmçinin Azərbaycanın ABŞ ilə birgə terrora qarşı və sülhün bərqərar olması üçün mübarizə apardığını qeyd edib: "Azərbaycanın ATƏT kimi Avropa institutlarında iştirakı, eləcə də İslam Əməkdaşlıq Təşkilatının üzvü olması ölkəyə tərəflər arasında qarşılıqlı anlayışı təşviq etmək üçün imkan yaradır. ABŞ, İsrail, Aİ və müsəlman ölkələri ilə sıx əlaqələr qurmaqla müxtəlifliyi dialoqa çevirməyə çalışırıq".

Son xəbərlər

Orphus sistemi