Səfir: “Avropa İttifaqı Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir”

Səfir: “Avropa İttifaqı Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir” Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.
Xarici siyasət
3 Fevral , 2021 11:31
Səfir: “Avropa İttifaqı Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir”
Kestutis Yankauskas

"Avropa İttifaqı Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biridir".

“Report” xəbər verir ki, bunu “Azərbaycanda Mübahisələrin Alternativ Həlli və İxtisaslaşmış Məhkəmələrin İnkişafına Əlavə Dəstək” adlı layihənin təqdimatında Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

Səfir qeyd edib ki, keçən il baş tutmayan Avropa İttifaqı-Azərbaycan Biznes Forumunun bu il keçiriləcəyinə ümid edir:

"Tezliklə Biznes Mühiti Sorğusu dərc olunacaq. Bu, Aİ-nin Azərbaycandakı fəaliyyətlərinə dair müntəzəm olaraq keçirilən ənənəvi sorğudur".

Səfirin sözlərinə görə, investisiya qoymağı düşünən şirkətlər iş mühitini öyrənir və müxtəlif suallar verir:

“Onlar mükəmməl, funksional qanunun aliliyi və məhkəmə sisteminin olmasının onların həmin ölkədəki biznesi üçün çox vacib olduğunu vurğulayırlar. Azərbaycan illərdir bu sahədə müxtəlif islahatlar üzərində işləyir və biz bu islahatların daha da inkişafında maraqlıyıq. Ötən il Azərbaycan üçün vacib idi və geri qaytarılan ərazilərdə görüləsi çox iş var. Azərbaycanın müasir texnologiyalardan istifadə edərək daha yaxşı, daha yaşıl yenidənqurma marağını qeyd etmişik. Bu, gələcək əməkdaşlığın potensial sahələri ola bilər. Ümid edirik ki, Azərbaycan və Avropa İttifaqı arasında biznes komponenti gələcəkdə böyüyəcək. Bu səbəbdən şübhəsiz ki, qanunun aliliyi əsas məsələdir. Məmnuniyyətlə qeyd edirəm ki, Avropa İttifaqı Nümayəndəliyi Azərbaycanda mübahisələrin alternativ həlli strukturlarının yaradılması, vasitəçilərin hazırlanması işində ön sıralarda olub və indi biz bu işi arbitraj, ticarət və inzibati məhkəmələrin potensialının artırılması sahəsində davam etdirəcəyik”.

Son xəbərlər

Orphus sistemi