Səfir: "Albaniya yaxın zamanlarda Azərbaycanda səfirliyini açacaq"

Səfir: "Albaniya yaxın zamanlarda Azərbaycanda səfirliyini açacaq" "Albaniya və Azərbaycan arasında yüksək səviyyədə münasibətlər mövcuddur"
Xarici siyasət
7 Sentyabr , 2015 14:21
Səfir: Albaniya yaxın zamanlarda Azərbaycanda səfirliyini açacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Albaniya yaxın zamanlarda Azərbaycanda səfirliyini açacaq". Bu barədə "Report"a müsahibəsində Albaniyanın Türkiyədəki səfiri Genci Muçay bildirib. 

Onun sözlərinə görə, həmçinin Azərbaycanın Albaniyada səfirliyinin açılması gözlənilir. 

"Albaniya və Azərbaycan arasında yüksək səviyyədə münasibətlər mövcuddur", - G.Muçay bildirib. O əlavə edib ki, bu ilin sonuna qədər Azərbaycan Prezidenti İlham Əliyevin Tiranaya səfəri gözlənilir, bu da Azərbaycan-Albaniya münasibətlərini möhkəmləndirməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi