Səfir: "Aİ bir sıra sahələrdə Azərbaycanla əməkdaşlığı gücləndirmək və dərinləşdirmək istəyir"

Səfir: "Aİ bir sıra sahələrdə Azərbaycanla əməkdaşlığı gücləndirmək və dərinləşdirmək istəyir" Malena Mard: "Aİ və Azərbaycan miqrasiya və mobillik sahəsində əməkdaşlığı davam etdirir"
Xarici siyasət
23 İyun , 2016 11:07
Səfir: Aİ bir sıra sahələrdə Azərbaycanla əməkdaşlığı gücləndirmək və dərinləşdirmək istəyir

Bakı. 23 iyun. REPORT.AZ/ "Məqsədimiz miqrasiya və mobillik sahəsində Azərbaycan rəsmiləri ilə əməkdaşlığı davam edirməkdir".

"Report" xəbər verir ki, bunu Azərbaycan ilə Mobillik naminə Tərəfdaşlıq üzrə beynəlxalq konfransda Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq viza rejiminin sadələşdirilməsi və readmissiya sahəsində Azərbaycan ilə müqavilələrin imzalanmasından sonra daha da güclənib. Xanım diplomat mobilliyin əsas elementlərinin miqrasiya və sərhəd mühafizəsi məsələləri olduğunu əlavə edib.

Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının 25-ci ildönümünü qeyd edirik. Bu əməkdaşlığın gələcəyi var. Biz bir sıra sahələrdə Azərbaycanla əməkdaşlığı gücləndirmək və dərinləşdirmək istəyirik", - deyə səfir bildirib.

Son xəbərlər

Orphus sistemi