Səfir: “Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır”

Səfir: “Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır” “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır”.
Xarici siyasət
9 İyun , 2023 11:49
Səfir: “Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır”

“Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas ticarət tərəfdaşıdır”.

"Report" xəbər verir ki, bunu Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Lənkəranın icra başçısı Taleh Qaraşovla görüşündə bildirib.

Onun sözlərinə görə, Aİ həm də Azərbaycanın əsas ixrac bazarıdır, həm də ittifaq ölkələri Azərbaycana birbaşa investisiyalar qoyur.

“Aİ Lənkəranın inkişafı üçün təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Aİ bu regionda bir sıra müxtəlif layihələr həyata keçirir. Belə ki, Lənkəran Dövlət Universitetinin tələbələri və müəllimləri Avropa universitetləri ilə sıx əməkdaşlıq edirlər. Ötən il biz Azərbaycan və Aİ arasında təhsil sahəsində rekord göstəricilərin şahidi olduq. Buraya həm Aİ ölkələrində təhsil alan azərbaycanlıların sayı, həm də digər sahələr ilə bağlı göstəricilər daxildir”, - deyə P.Mixalko vurğulayıb.

Son xəbərlər

Orphus sistemi