"Buradakı fəaliyyətim müddətində ABŞ və Azərbaycan arasında əlaqələri və əməkdaşlığı gücləndirmək üçün çalışmağı səbirsizliklə gözləyirəm".
"Report" xəbər verir ki, bunu ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbi deyib.
"Bu gün etimadnaməmin surətini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova təqdim etməkdən şərəf duydum", - diplomat bildirib.
Qeyd edək ki, C.Bayramov dekabrın 15-də ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbini qəbul edib.
Görüş zamanı M.Libbi etimadnaməsinin surətini XİN başçısına təqdim edib.
Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.