Bakı. 6 dekabr. REPORT.AZ/ "ATƏT-in Parlament Assambleyasında hər zaman müxtəlif ölkələrdən, yalnız Ukrayna və Rusiyadan yox, həm də Ermənistan və Azərbaycandan olan parlamentarilərin görüşməsi üçün platforma yaratmağa və bu prosesi başlamağa çalışırıq".
"Report" xəbər verir ki, bunu TASS-a müsahibəsində ATƏT PA-nın sədri Kristin Muttonen deyib.
Rusiya və Ukrayna arasındakı Minsk sazişlərindən danışan PA sədri hər iki tərəfdən addımlar atılmasının zəruriliyini qeyd edib. Onun sözlərinə görə, hazırda sazişlərin həyata keçirilməsi prosesinin dayandırıldığı və heç bir irəliləyiş olmadığı hissi yaranır.