Fransalı deputat: "Sarı jiletlilər" Azərbaycandakına bənzər islahatlar tələb edirlər" - RƏYLƏR

Fransalı deputat: "Sarı jiletlilər" Azərbaycandakına bənzər islahatlar tələb edirlər" - RƏYLƏR "Əfv sərəncamı tarixə yeni səhifə açmaqla bərabər gələcəyin bünövrəsini möhkəmləndirməyə xidmət edəcək"
Xarici siyasət
23 Aprel , 2019 14:18
Fransalı deputat: Sarı jiletlilər Azərbaycandakına bənzər islahatlar tələb edirlər - RƏYLƏR

"Azərbaycan Prezidenti İlham Əliyevin bu il martın 16-da imzaladığı əfv sərəncamını yüksək qiymətləndirirəm".

Bunu "Report"un Fransa bürosuna Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Andre Vilye bildirib. 

Onun sözlərin görə, əfv sərəncamı ilə 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib: "Bu qərar ölkədəki müxtəlif qrupları bir-birinə yaxınlaşdırmaq, həmçinin stabilliyə, sabitliyə aparan yolda mühüm addımdır. Prezident İlham Əliyevin bu qərarı tarixə yeni səhifə açmaqla bərabər gələcəyin bünövrəsini möhkəmləndirməyə xidmət edəcək". 

Fransalı deputat Azərbaycan Prezidentinin sosial müavinətlərin artırılmasına dair sərəncamına da toxunub:

"Prezident İlham Əliyevin sosial müavinətlərin artırılması ilə bağlı sərəncamları əhalinin alıcılıq qabiliyyətinin artırılması üçün böyük əhəmiyyət daşıyır. Hazırda Fransada davam edən "Sarı jiletlilər" hərəkatının üzvlərinin də öz dövlət başçılarından tələbi bu yöndədir. Bu qərar Azərbaycan əhalisinin yaşayış səviyyəsini yaxşılaşdırmağa xidmət edir". 

A.Vilye Azərbaycanın imicinin dünya miqyasında artdığını, Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətin öz bəhrəsini verdiyini də vurğulayıb: "Beynəlxalq aləmdə, dünyada Azərbaycanı tanımağa başlayıblar. İdman eyni zamanda kommunikasiya daşıyıcısıdır. Azərbaycan son illər idman sahəsində müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib, bir sıra idman növləri üzrə güclü komandalara malikdir. Azərbaycan idmançılarının səsi müxtəlif yerlərdən gəlir. Azərbaycanın, azərbaycanlıların xoş soraqlarını tez-tez eşitməyə başlamışıq. Təbii ki, bütün bunlar uğurlu siyasətin nəticələridir". 

Son xəbərlər

Orphus sistemi