Şanxay Əməkdaşlıq Təşkilatının Rusiyadakı sammiti təxirə salına bilər

Şanxay Əməkdaşlıq Təşkilatının Rusiyadakı sammiti təxirə salına bilər Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin təxirə salınması barədə qərar qəbul edib. Sammit payıza yaxın baş tuta bilər.
Xarici siyasət
27 May , 2020 07:19
Şanxay Əməkdaşlıq Təşkilatının Rusiyadakı sammiti təxirə salına bilər

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin təxirə salınması barədə qərar qəbul edib. Sammit payıza yaxın baş tuta bilər.

“Report” un xəbərinə görə, bu barədə “RİA Novosti”yə yüksək rütbəli dövlət məmuru bildirib.

Xatırladaq ki, ŞƏT sammiti 22-23 iyul tarixində Rusiyanın şimal paytaxtı Sankt-Peterburq şəhərində keçirilməli idi.

Mənbə izah edib ki, belə bir addım Çin istisna olmaqla, təşkilatın bütün üzv ölkələrində pandemiya ilə bağlı epidemioloji vəziyyət tam normallaşmadığı üçün atılıb.

Eyni zamanda agentliyin həmsöhbəti vurğulayıb ki, ŞƏT sammitinin videokonfrans sistemi ilə keçirilməsi mümkünlüyü nəzərdən keçirilmir.

Belə ki, hərtərəfli fikir mübadiləsi lazım olduğu üçün şəxsən görüşlər tələb olunur.

Son xəbərlər

Orphus sistemi