Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclası keçiriləcək

Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclası keçiriləcək Sessiyada çoxsaylı yüksək çinli qonaqlar iştirak edəcək
Xarici siyasət
12 May , 2016 11:46
Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclası keçiriləcək

Bakı. 12 may. REPORT.AZ/ Mayın 19-20-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclası keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Sankt-Peterburqda yaz sessiyasında dünyanın bir sıra parlamentlərarası assambleyalarının rəhbərləri, o cümlədən ATƏT PA-nın sədri İlkka Kanerva, Parlamentlərarası İttifaqın sədri Saber Çoudhuri, Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının PA nümayəndələri və başqaları iştirak edəcək.

Tədbirdə, həmçinin MDB PA-nın tərkibinə daxil olan milli parlamentlərin rəhbərləri, eləcə də Assambleyanın çoxsaylı qonaqları və tərəfdaşları iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi