Sankt-Peterburq şəhərinin qubernatoru Azərbaycana gələcək

Sankt-Peterburq şəhərinin qubernatoru Azərbaycana gələcək “Rusiyanın Azərbaycanla yaxşı münasibətləri var, daha da inkişaf edir. Aramızda həll edə bilmədiyimiz hansısa nöqtə, problem yoxdur. Azərbaycanın Baş Konsulluğu ilə, səfirliyi ilə çalışırıq, şəxsən səfir Polad Bülbüloğlu ilə mükəmməl dost münasibətlərimiz var”.
Xarici siyasət
24 Yanvar , 2020 19:44
Sankt-Peterburq şəhərinin qubernatoru Azərbaycana gələcək

“Rusiyanın Azərbaycanla yaxşı münasibətləri var, daha da inkişaf edir. Aramızda həll edə bilmədiyimiz hansısa nöqtə, problem yoxdur. Azərbaycanın Baş Konsulluğu ilə, səfirliyi ilə çalışırıq, şəxsən səfir Polad Bülbüloğlu ilə mükəmməl dost münasibətlərimiz var”.

Bunu “Report”un Rusiya bürosuna Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov bildirib.

“Yaxın vaxtlarda Bakıya səfərim nəzərdə tutulur. Əlbəttə, Xarici İşlər Komitəsi bəzi məqamları dəqiqləşdirməlidir. Odur ki, tarixini deyə bilmərəm, amma mütləq gələcəyəm. Bakıda çoxdandır olmamışam”, - deyən qubernator 1956-cı ildə məhz Bakıda dünyaya gəldiyini xatırladıb: “Atamla anam 1941-ci ildə istirahətə, dənizdə çimmək üçün Bakıya getmişdilər. Müharibə başlayır, atamı cəbhəyə aparırlar, anam da iki uşaqla yad bir şəhərdə tək qalır. O zaman atamın dostlarının köməyi ilə işə düzələ bilir. Bəlkə, elə buna görə ailəmiz taleyin bu sınağından çıxa bilib. Atam cəbhədən qayıdanda da Bakıda qulluq etməyi təklif edirlər, razılıq verir. Beləliklə, mən elə orada doğuldum”.

Son xəbərlər

Orphus sistemi