Rasim Qasımov San-Marinonun Azərbaycanda yeni fəxri konsulu təyin edilib

Rasim Qasımov San-Marinonun Azərbaycanda yeni fəxri konsulu təyin edilib Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə San-Marino Respublikasının yeni təyin edilmiş fəxri konsulu Rasim Qasımovu qəbul edib.
Xarici siyasət
17 Aprel , 2019 13:10
Rasim Qasımov San-Marinonun Azərbaycanda yeni fəxri konsulu təyin edilib
Report
0 : 00
0 : 00

Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə San-Marino Respublikasının yeni təyin edilmiş fəxri konsulu Rasim Qasımovu qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı Rasim Qasımov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə fəxri konsul Rasim Qasımova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə San-Marino arasındakı münasibətlərin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi