Salome Zurabişvili İlham Əliyevi təbrik edib

Salome Zurabişvili İlham Əliyevi təbrik edib Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
24 Dekabr , 2019 13:28
Salome Zurabişvili İlham Əliyevi təbrik edib

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Cənab Prezident,

Doğum gününüz münasibətilə Sizi təbrik etməkdən böyük şərəf duyuram.

Sizin rəhbərlik etdiyiniz Azərbaycan Gürcüstanın mehriban dostu və tərəfdaşıdır. Gürcüstanla Azərbaycan arasındakı münasibətlər həqiqətən də nümunəvidir. Mən inanıram ki, biz regionda sabitliyin möhkəmləndirilməsi və gələcəkdə daha da gücləndirilməsi istiqamətində bundan sonra da bir çox faydalı addımlar atacağıq.

Sizə möhkəm cansağlığı, ölkənizə rifah, sülh və müvəffəqiyyətlər arzu edirəm".

Son xəbərlər

Orphus sistemi