Gürcüstan Prezidenti: "Azərbaycan Qara dənizin nəqliyyat potensialından birgə istifadədə maraqlıdır"

Gürcüstan Prezidenti: "Azərbaycan Qara dənizin nəqliyyat potensialından birgə istifadədə maraqlıdır" Tbilisi. 6 mart. REPORT.AZ/ Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün parlamentdə dövlət başçısı vəzifəsində ilk dəfə çıxış edib.
Xarici siyasət
6 Mart , 2019 13:44
Gürcüstan Prezidenti: Azərbaycan Qara dənizin nəqliyyat potensialından birgə istifadədə maraqlıdır
Salome Zurabişvili
0 : 00
0 : 00

Tbilisi. 6 mart. REPORT.AZ/ Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün parlamentdə dövlət başçısı vəzifəsində ilk dəfə çıxış edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, əvvəlcə xarici rəsmi səfərlərindən danışıb.

S.Zurabişbili ilk səfərlərini Avropa İttifaqının iki aparıcı ölkəsi Fransa və Almaniyaya etdiyini bildirib: “Daha sonra Əfqanıstana səfər etdim və orada xidmətdə olan gürcü hərbçilərlə görüşdüm. Həmçinin Kabulda Əfqanıstan Prezidenti ilə görüş keçirdim. Regionda isə ilk səfərimi qonşu və dost Azərbayacana etdim və yerli gürcü icması ilə görüşdüm”.

O qeyd edib ki, xarici səfərlərdə Gürcüstanla əməkdaşlığa hazırlıq ifadə olunub, bu da ölkənin əldə etdiyi nailiyyətlər və perspektivlərlə bağlıdır.

Dövlət başçısı bildirib ki, Avropanın Qara dəniz və Qafqazın nəqliyyat və logistika dəhlizinə artan marağı yeni perspektivlər yaradır: “Azərbaycana səfərim zamanı Transxəzər və Qara dənizin nəqliyyat potensialından birgə istifadə olunmasına böyük maraq ifadə olunub”.

Qanunverici orqanda prezidentin çıxışını Baş nazir Mamuka Baxtadze, hökumət üzvləri, digər rəsmi şəxslər və diplomatik korpusun nümayəndələri izləyiblər. Müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat Partiyasından olan deputatlar isə dövlət başçısının çıxışını boykot ediblər.

Son xəbərlər

Orphus sistemi