Sakit Okean Alyansının 2-ci əməkdaşlıq forumu keçirilib

Sakit Okean Alyansının 2-ci əməkdaşlıq forumu keçirilib Alyansda müşahidəçi dövlət statusuna malik olan Azərbaycan 2-ci forumun işində iştirak edib
Xarici siyasət
257
13 Noyabr , 2020 17:04
Sakit Okean Alyansının 2-ci əməkdaşlıq forumu keçirilib

Sakit Okean Alyansının 2-ci əməkdaşlıq forumu video-konfrans formatında keçirilib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Alyansda müşahidəçi dövlət statusuna malik olan Azərbaycan 2-ci forumun işində iştirak edib.

Forumun plenar iclasında çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad edilməsi ilə Azərbaycanın Qarabağ bölgəsinin dünya iqtisadi və mədəni münasibətlər sisteminə geri qayıtdığına diqqət çəkib.

Xüsusilə qeyd edilib ki, Qarabağın mədəni paytaxtı və Qafqazın mədəni incisi olan, Müsəlman Şərqində ilk operanın yazılmasına ilham verən Azərbaycanın mədəni paytaxtı Şuşanın işğaldan azad edilməsi regional turizmin inkişafına böyük töfhə verəcəkdir. Forum iştirakçılarının diqqətinə multikultural irsin turizm sahəsində əhəmiyyəti və bu xüsusda Azərbaycanın malik olduğu zəngin dəyərlər və mədəni irs haqqında məlumat verilib. E.İskəndərov qeyd edib ki, bu sahədə Azərbaycan böyük təcrübəyə malikdir – ölkədə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün tarixi və mədəni abidələr qorunur və bərpa edilir. Turizm və mədəniyyət industriyasının sülhün bərpasında rolunu qeyd edən natiq bu sahədə təcrübəsi olan Azərbaycanın işğaldan azad edilmiş ərazilərini lazımi bərpa işlərindən sonra dünya iqtisadi münasibətlər və mədəni xəzinəsinə qaytaracağına, bunun da bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi