Şahin Mustafayev Rusiyanın bəzi şirkətlərinin rəhbərliyi ilə görüşüb

Şahin Mustafayev Rusiyanın bəzi şirkətlərinin rəhbərliyi ilə görüşüb Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 17-də Rusiya Federasiyasının nəqliyyat-logistika, ticarət və bank sahələrində fəaliyyət göstərən şirkətlərinin rəhbərliyinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Xarici siyasət
17 Noyabr , 2021 16:10
Şahin Mustafayev Rusiyanın bəzi şirkətlərinin rəhbərliyi ilə görüşüb

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 17-də Rusiya Federasiyasının nəqliyyat-logistika, ticarət və bank sahələrində fəaliyyət göstərən şirkətlərinin rəhbərliyinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Cari ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 6% artdığı xüsusi vurğulandı. Bu baxımdan müntəzəm şəkildə təşkil edilən qarşılıqlı biznes missiyaların rolu yüksək qiymətləndirildi.

İkitərəfli səmərəli investisiya əməkdaşlığının önəmi qeyd edilərək yeni birgə layihələrin reallaşdırılmasında qarşılıqlı maraq ifadə olundu. Bildirildi ki, Azərbaycanda Rusiya kapitalı ilə mindən çox şirkət və birgə müəssisə fəaliyyət göstərir. Bu baxımdan Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərində iştirakı məmnunluqla vurğulandı.

İki ölkə arasında nəqliyyat-tranzit sahəsində uğurla davam edən əməkdaşlıq yüksək qiymətləndirildi. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulandı. Cari ilin 9 ayında dəhliz üzərindən yük daşımalarının həcminin 18% artdığı bildirilərək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyi diqqətə çatdırıldı.

Görüşdə iki ölkə arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-logistika, maliyyə-bank və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Son xəbərlər

Orphus sistemi