Şahin Mustafayev: "Azərbaycan Ukraynada ticarət evi yaratmaq istəyir" - FOTO

Şahin Mustafayev: "Azərbaycan Ukraynada ticarət evi yaratmaq istəyir" - FOTO İqtisadiyyat naziri: "Bununla Ukrayna və Azərbaycan arasında ticarət əməkdaşlığının inkişafını yaxşılaşdıracağıq"
Xarici siyasət
13 Mart , 2017 21:55
Şahin Mustafayev: Azərbaycan Ukraynada ticarət evi yaratmaq istəyir - FOTO
Foto: "Report"

Kiyev. 13 mart. REPORT.AZ/ "Azərbaycan Ukraynada ticarət evi yaratmaq istəyir".

"Report"un Ukrayna bürosu xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Kiyevdə Ukraynanın baş naziri Vladimir Qroysmanla görüşündə deyb.

Şahin Mustafayev Vladimir Qroysmandan bu layihənin həyata keçirilməsinə yardım etməsini xahiş edib.

"Biz Ukrayna iqtisadiyyatına sərmayələrin artdığını görürük. Buna görə də Ukraynada ticarət evini yaratmaqla, Ukrayna və Azərbaycan arasında ticarət əməkdaşlığının inkişafını yaxşılaşdıracağıq", - deyə Azərbaycanın iqtisadiyyat naziri bildirib.

Son xəbərlər

Orphus sistemi