Şahin Mustafayev Almaniya səfirliyində xatirə kitabında başsağlığını qeyd edib

Şahin Mustafayev Almaniya səfirliyində xatirə kitabında başsağlığını qeyd edib Səfirlik: "Azərbaycan xalqına, Azərbaycan hökumətinə həmrəylik göstərdikləri üçün təşəkkürümüzü bildiririk"
Xarici siyasət
23 Dekabr , 2016 13:23
Şahin Mustafayev Almaniya səfirliyində xatirə kitabında başsağlığını qeyd edib

Bakı. 23 dekabr. REPORT.AZ/ Almaniyanın Bakıdakı səfirliyində Berlinin Milad yarmarkasında baş vermiş terror hadisələri ilə əlaqədar xatirə kitabı açılıb.

Bu barədə "Report"a Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan hökuməti və Prezidenti adından bu gün İqtisadiyyat naziri Şahin Mustafayev kitabda başsağlığını qeyd edib.

"Azərbaycan xalqına, Azərbaycan hökumətinə və diplomatik korpusun nümayəndələrinə çoxsaylı başsağlığı diləkləri və həmrəylik göstərdikləri üçün təşəkkürümüzü bildiririk", - səfirliyin məlumatında deyilir.

Xatırladaq ki, çərşənbə axşamına keçən gecə yük maşınının sürücüsünün nəqliyyat vasitəsini Almaniya paytaxtındakı Milad yarmarkasına gələnlərin üstünə sürməsi nəticəsində 12 nəfər ölüb, 50-yə yaxın adam xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi