Sahibə Qafarova MDB Parlamentlərarası Asambleyasının sessiyasında iştirak edəcək

Sahibə Qafarova MDB Parlamentlərarası Asambleyasının sessiyasında iştirak edəcək Noyabrın 25-26-da Rusiyanın Sankt Peterburq şəhərində MDB Parlamentlərarası Asambleyasının payız ssesiyası keçiriləcək.
Xarici siyasət
22 Noyabr , 2021 17:25
Sahibə Qafarova MDB Parlamentlərarası Asambleyasının sessiyasında iştirak edəcək

Noyabrın 25-26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının payız ssesiyası keçiriləcək.

“Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının sədri, MDB PA Şurasının sədri Valentina Matvienkonun sədrliyi ilə keçiriləcək tədbirdə MDB ölkələri parlamentlərinin heyətlərilə yanaşı, bir sıra beynəlxalq təşkilatların təmsilçilərinin, elm adamlarının, ekspertlərin də iştirak edəcəyi gözlənilir.

Noyabrın 25-də MDB PA-nın bir sıra daimi komitələrinin iclasları ilə yanaşı, “Səhiyyə xidmətlərinin hamıya şamil olunması və dayanıqlı inkişafın hədəfləri” adlı beynəlxalq konfransın da açılışı olacaq. Konfransda MDB PA parlament nümayəndə heyətləri, Ümumdünya Səhiyyə Təşkilatı Avropa regional bürosunun rəhbərləri iştirak edəcəklər.

Noyabrın 26-da MDB PA-nın 53-cü plenar iclası keçiriləcək.

Son xəbərlər

Orphus sistemi