Sahibə Qafarova: “İsrail şirkətləri Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma işlərində iştirak edir”

Sahibə Qafarova: “İsrail şirkətləri Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma işlərində iştirak edir” “İsrail şirkətləri Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma işlərinə cəlb olunub”.
Xarici siyasət
30 May , 2023 20:56
Sahibə Qafarova: “İsrail şirkətləri Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma işlərində iştirak edir”

“İsrail şirkətləri Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma işlərinə cəlb olunub”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda İsrailin müstəqilliyinin 75 illiyinə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycan İsrailin bütün nailiyyətlərini böyük diqqətlə izləyir: “Azərbaycanlılar və yəhudilər uzun illərdir birgə, mehribancasına yaşayırlar. Bu gün yəhudi icması cəmiyyətimizin ayrılmaz hissəsidir, onlar üçün Azərbaycan vətəndir. Bunun sübutu İkinci Qarabağ müharibəsində həlak olan yəhudilərdir”.

Parlament sədrinin sözlərinə görə, ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurulub: “Ölkələrimizin müxtəlif sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanları var”.

Son xəbərlər

Orphus sistemi