Sahibə Qafarova: “Azərbaycan Türkiyə dostluğu sarsılmazdır”

Sahibə Qafarova: “Azərbaycan Türkiyə dostluğu sarsılmazdır” Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib.
Xarici siyasət
11 İyun , 2020 18:43
Sahibə Qafarova: “Azərbaycan Türkiyə dostluğu sarsılmazdır”

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker qonağı səmimi salamlayaraq Azərbaycan Türkiyə əlaqələrinin bu gün yüksək səviyyədə olduğunu bildirib. Qeyd edilib ki, münasibətlərimizin bu səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin əhəmiyyəti böyükdür. Dövlətlərarası münasibətlər sistemində özünəməxsus yer tutan parlamentlərarası əlaqələrimizin inkişafı bu sahəyə öz müsbət təsirini göstərir.

Sədr ümidvar olduğunu bildirib ki, dost və qardaş Türkiyənin ölkəmizdəki səfirinin fəaliyyəti əməkdaşlığımızın həyatın digər sahələrində daha da dərinləşməsinə öz tövhəsini verəcək. S.Qafarova vurğulayıb ki, Azərbaycan Türkiyə dostluğu sarsılmazdır və heç bir qüvvə bu münasibətləri sarsıda bilməz.

Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq S.Qafarovaya Milli Məclisin Sədri vəzifəsində fəaliyyətində uğurlar arzulayaraq öz ürək sözlərini söyləyib. Səfir qeyd edib ki, onun təmsil etdiyi ölkə həmişə Azərbaycanın yanındadır. Tarixən mövcud olmuş münasibətlərimiz bundan sonra daha da güclənəcək.

Söhbətdə parlamentlərarası əlaqələrin bugünü və gələcək inkişaf prespektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi