Sabah üç ölkə parlamentinin onlayn komitə iclası keçiriləcək

Sabah üç ölkə parlamentinin onlayn komitə iclası keçiriləcək “Azərbaycan tərəfi olaraq, mən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının rəhbəri Volkan Bozkır və Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri İrakli Beraia ilə danışıqlarda bu iclasın onlayn rejimdə keçirilməsini təklif etdim. Hər iki həmkarım bu təklifə müsbət yanaşdı. Beləliklə mayın 12-də onlayn rejimdə Azərbaycan-Türkiyə-Gürcüstan arasında keçiriləcək üçtərəfli iclasda ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələrimiz geniş şəkildə müzakirə ediləcək”.
Xarici siyasət
621
11 May , 2020 12:43
Sabah üç ölkə parlamentinin onlayn komitə iclası keçiriləcək
Report

“Azərbaycan tərəfi olaraq, mən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının rəhbəri Volkan Bozkır və Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri İrakli Beraia ilə danışıqlarda bu iclasın onlayn rejimdə keçirilməsini təklif etdim. Hər iki həmkarım bu təklifə müsbət yanaşdı. Beləliklə mayın 12-də onlayn rejimdə Azərbaycan-Türkiyə-Gürcüstan arasında keçiriləcək üçtərəfli iclasda ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələrimiz geniş şəkildə müzakirə ediləcək”.

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. 

O, dünyanın bir sıra ölkələrində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərə dair Azərbaycanın təcrübəsinin, elan edilmiş karantin rejiminin, bu rejimin yumşaldılması ilə əlaqədar meydana çıxan təhlükənin də müzakirə obyekti olacağını deyib.

“İclasda həmçinin Prezident İlham Əliyevin bu yaxınlarda Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü və Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşündə təqdim etdiyi, Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə üsulları və təcrübəsi də həmkarlara çatdırılacaq. O cümlədən postpandemiya dövründə infeksiyanın ikinci dalğasının qarşısını almaq istiqamətində birgə fəaliyyətdə parlamentlərin rolunu müzakirə etmək niyyətindəyik. Heç kim üçün sirr deyil ki, bu dəhşətli infeksiya hələ də böyük təhlükə mənbəyi olaraq qalır. Karantin rejiminin yumaşaldılması zamanı lazımi qaydalara riayət edilmədiyi halda bu təhlükə artmaqda davam edəcək. Buna görə də cənab Prezidentin dediyi kimi, bu bəlanın bir əlacı var, o da birgə fəaliyyətdir. Üç ölkənin parlament nümayəndələri olaraq bu birgə fəaliyyəti müzakirə etmək niyyətindəyik”, - deputat qeyd edib.

Qeyd edək ki, Azərbaycan Türkiyə və Gürcüstan parlamentlərinin Beynəlxalq əlaqələr üzrə komitələri müntəzəm olaraq üçtərəfli formatda görüşlər keçirir. Azərbaycanın təşəbbüskarı olduğu ilk görüş Gürcüstan və Türkiyə parlamentinin komitə sədrlərinin iştirakı ilə Bakıda keçirilib. Cari ilin may ayında Gürcüstanda keçirilməsi planlaşdırılan növbəti iclas dünyada yayılan yeni koronavirus infeksiyasına görə təxirə salındı.

Son xəbərlər

Orphus sistemi