Yuxarı

Rusiyanın Türkiyədəki keçmiş səfiri: "Azərbaycan Prezidenti Moskva və Ankara arasındakı yaxınlaşmada mühüm vasitəçi rol oynayıb"

Pyotr Steqni: Bütün bu zaman ərzində dayanmadan XİN xətti ilə iş aparılıb

Bakı. 18 iyul. REPORT.AZ/ "Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Nursultan Nazarbayev Rusiya-Türkiyə münasibətlərinin bərpasında əhəmiyyətli vasitəçi rol oynayıb".

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki keçmiş səfiri Pyotr Steqni deyib.

"Bütün bu zaman ərzində dayanmadan XİN xətti ilə iş aparılıb. Çox çətin görünən məsələ kifayət qədər tez və keyfiyyətli həll edildi. Həlledici mərhələdə Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev ilə Nursultan Nazarbayev əhəmiyyətli vasitəçi rolu oynadı", - deyə keçmiş səfir bildirib.

O, tərəflərin bütün vacib məsələlər üzrə razılığa gələ bildiyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi