Rusiyanın səfiri: "Xəzər dənizinin statusu ilə bağlı danışıqların Qazaxıstan sammitində bitmə şansı var"

Rusiyanın səfiri: "Xəzər dənizinin statusu ilə bağlı danışıqların Qazaxıstan sammitində bitmə şansı var" "Artıq əhəmiyyətli nəticələr əldə olunub, konvensiyanın böyük hissəsi razılaşdırılıb"
Xarici siyasət
25 Noyabr , 2015 11:19
Rusiyanın səfiri: Xəzər dənizinin statusu ilə bağlı danışıqların Qazaxıstan sammitində bitmə şansı var

Bakı. 25 noyabr. REPORT.AZ/ "Xəzəryanı dövlətlərin ötən il Həştərxanda baş tutan sammitindən sonra tərəflər, necə deyərlər, finiş xəttinə yaxınlaşıb. Xəzər dənizinin statusu ilə bağlı danışıqların Qazaxıstan sammitində bitmə şansı var". "Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin "Diplomatiya aləmi" jurnalına müsahibəsində deyib.

Amma səfirin sözlərinə görə, heç kim istənilən yolla bu məsələdə razılığa gəlinməsi tapşırığını qarşısına məqsəd qoymayıb: "Əsas olan razılaşmanın məzmunu və keyfiyyətidir. Danışıqlar masası ətrafında Xəzəryanı 5 dövlətin nümayəndəsi var. Buna görə də hər bir ölkənin tarixi sınaqlarından keçməli olacaq həll yolu tapmaq lazımdır".

Rusiyalı səfir artıq əhəmiyyətli nəticələrin əldə olunuduğunu qeyd edərək fikirlərini belə yekunlaşdırıb: "Bu cür şərtlər altında konsensusa gəlmək çox çətindir. Amma buna baxmayaraq, artıq əhəmiyyətli nəticələr əldə olunub, konvensiyanın böyük hissəsi razılaşdırılıb. Buna Xəzəryanı ölkələrin bir-birinə olan qarşılıqlı hörməti və birinin digəri ilə hesablaşamağa hazır olması sayəsində bacarmışıq".

Son xəbərlər

Orphus sistemi